EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın da təmsil olunduğu beynəlxalq incəsənət sərgisi açılıb.

Realis.az MoMA Tbilisinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, “Silk Road – Imprints in Motion” adlı sərginin açılışı Tbilisi Müasir İncəsənət Muzeyində keçirilib.

Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. Tədbirdə çıxış edən diplomat beynəlxalq mədəniyyət layihələrinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və humanitar əlaqələrin genişləndirilməsindəki rolunu vurğulayıb.

Sərgidə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İtaliya, Çin, İran və Hindistan olmaqla, ümumilikdə 11 ölkə təmsil olunur.

Azərbaycanın sərgidəki təmsilçisi multimedia rəssamı, fotoqraf, kinorejissor və kurator Sitarə İbrahimbəylidir. Onun əsərləri ölkəmizin incəsənət nümunələri sırasında təqdim olunur.

Layihənin əsas xüsusiyyətlərindən biri müxtəlif ölkələrin sənət nümunələrinin ənənəvi kommersiya stendləri əvəzinə vahid kurator konsepsiyası əsasında muzey məkanında nümayiş etdirilməsidir. Bu yanaşma ziyarətçilərə və kolleksiyaçılara iştirakçı ölkələrin yaradıcılığı ilə yaxından tanış olmaq, əsərləri kəşf etmək və əldə etmək imkanı yaradır.

“Silk Road – Imprints in Motion” sərgisi müxtəlif ölkələrin sənət nümayəndələri arasında yaradıcılıq mübadiləsini və əməkdaşlığı təşviq etməklə yanaşı, incəsənətin xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni ön plana çıxarır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın