Realist.az bildirir ki, İspaniyanın Baş naziri vəzifəsinə əsas namizədlər – hazırkı hökumət başçısı Pedro Sançes və sağçı Xalq Partiyasının lideri Alberto Nunyes Feyjou səsvermədə iştirak ediblər.
Feyjou jurnalistlərə açıqlamasında bildirib ki, bu gün ispanlar ölkənin gələcəyini müəyyən edirlər. Onun sözlərinə görə, seçkilərin nəticələri İspaniyanı qarşıdakı dövrdə nələrin gözlədiyini göstərəcək.
İspaniya Sosialist İşçi Partiyasının lideri, hazırkı Baş nazir Pedro Sançes isə seçici fəallığının yüksək olacağına ümid etdiyini bildirib. O, seçkilərin nəticələri ilə bağlı nikbin olduğunu ifadə edib.
Qeyd edək ki, İspaniyada təxminən 38,6 milyon seçici səsvermə hüququna malikdir. Seçki məntəqələri yerli vaxtla saat 20:00-dək fəaliyyət göstərəcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


