EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

ABŞ-nin yeni kəşfiyyat məlumatları göstərir ki, İran Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə hücum etmək məqsədilə Vaşinqtonda “çirkli bomba” və ya kimyəvi silah partlatmaq planları üzərində işləyir.

Realist.az CNN telekanalına istinadən xəbər verir ki, bununla belə, rəsmi şəxslər Tehranın belə bir sui-qəsdi həyata keçirə biləcəyini və ya bunu etmək istəyib-istəməyəcəyini müzakirə etməkdə davam edirlər.

Konkret yerlər və hədəflər müəyyənləşdirilib

Son kəşfiyyat məlumatları ilə tanış olan mənbələr İslam Respublikasının bu planlarını qaçılmaz hücum əlaməti kimi deyil, özü üçün müxtəlif fəaliyyət variantları təmin etmək cəhdi kimi xarakterizə ediblər.

Nəşrin yazdığına görə, sözügedən planlara konkret yerlər və hədəflər daxildir ki, bu da ABŞ-ni mümkün hücum halı üçün cavab tədbirləri hazırlamağa sövq edib.

“Çirkli bomba” materialları artıq ABŞ ərazisində ola bilər

Rəsmi şəxslər hazırda hücuma bilavasitə hazırlıq görüldüyünə dair heç bir sübutun olmadığını bildirirlər. Eyni zamanda mənbələr bu məqsəd üçün lazım olan materialların bir hissəsinin artıq ABŞ ərazisində ola biləcəyini istisna etmirlər:

  • “Çirkli bombalar” – adi partlayıcıların tərkibinə yerləşdirilmiş radioaktiv materiallardan ibarət bombalardır və onları yığmaq nisbətən asandır;

  • Mənbələrin qənaətincə, İrana ölkəyə xüsusi hazırlanmış agentlər göndərmək mütləq deyil — Tehranın hücumu həyata keçirmək üçün artıq ABŞ-də yaşayan bir şəxsi razı salması kifayət edə bilər.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın