ABŞ-nin Bəhreyndəki səfirliyi İran və husilər tərəfindən silahlı hücum təhlükəsinin artması ilə əlaqədar Amerika vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı yayıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik amerikalılara yüksək ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.
Hava məkanı bağlana və uçuşlar ləğv oluna bilər
Səfirlik həmçinin regionda mümkün gərginlik fonunda hava məkanının bağlanması, aviareyslərin ləğv edilməsi və nəqliyyat əlaqələrində fasilələrin yaranması ehtimalı barədə də vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


