EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Kuper və bir qrup amerikalı hərbi müşavir krallığın hava hücumundan müdafiə (HHM) sistemini qiymətləndirmək və gücləndirmək məqsədilə bu həftə Səudiyyə Ərəbistanına səfər edəcəklər.

Realist.az “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, Kuperlə birlikdə ölkəyə təxminən 30 amerikalı müşavir gələcək və onların bir hissəsi artıq hadisə yerindədir.

“Patriot” raketlərinə baxmayaraq, geniş ərazini qorumaq çətinləşib

Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanının regionda “Patriot” zenit-raket kompleksləri üçün ən böyük ələkeçirici raket ehtiyatlarından birinə malik olmasına baxmayaraq, krallığın silahlı qüvvələri husilərin hücumlarından çox geniş bir ərazini müdafiə etmək məcburiyyətində qalır.

Qərb rəsmisi: Səudiyyə Ərəbistanı və müttəfiqlərinin vəziyyəti “çox pisdir”

Qərb rəsmilərindən biri Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin hazırkı vəziyyətini “çox pis” kimi xarakterizə edib. Bununla belə, o, yerli əhalinin husiləri qəbul etməməsi səbəbindən yaraqlıların Ədən şəhərini ələ keçirə biləcəyinə şübhə ilə yanaşdığını ifadə edib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın