Reklam

AFFA rəsmisinə UEFA-dan mühüm TƏYİNAT: Çempionlar Liqası matçında yer alacaq

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.

Realist.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Kifayət Mustafayeva qadınlar arasında Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) oyununda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Matçın keçiriləcəyi vaxt və məkan

Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərində yerləşən “Den Dreef” stadionunda baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın