Azərbaycanın “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti parlaq qələbəsini qazanıb.
Realist.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin “Trabzonspor” kollektivi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən gərgin və maraqlı qarşılaşma “Sabah”ın böyük hesablı qalibiyyəti ilə yekunlaşıb – 91:72.
“Sabah”ın FIBA Çempionlar Liqasındakı çıxışı
Qeyd edək ki, Azərbaycan çempionu bu turnirdə yüksəlişdədir. Təmsilçimiz III turda Fransanın “Nanter 92” klubunu 87:80 hesabı ilə məğlub etmişdi.
Komandamız turnirin I turunda səfərdə Litvanın “Ritas” klubuna 73:82, II turda isə səfər matçında “Trabzonspor”a 83:100 hesabı ilə uduzmuşdu. Bakıdakı cavab oyununda isə “Sabah” rəqibindən əvəzini çıxmağı bacardı.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

