ABŞ Vitse-prezidentindən ŞOK BƏYANAT: “Pentaqon rəhbərinə impiçment cəhdi gülünc bir şoudur”
ABŞ Vitse-prezidenti Vens Müdafiə naziri (Pentaqon rəhbəri) Piti Heksetə qarşı başlanan impiçment təşəbbüsünə reaksiya verərək onu qətiyyətlə müdafiə edib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Vens nazirə qarşı irəli sürülən ittihamları absurd adlandırıb və impiçment üçün heç bir hüquqi əsasın olmadığını bildirib.
“Konqres qanun çıxarmaq əvəzinə şou göstərir”
Vitse-prezident Konqresin fəaliyyətini tənqid edərək vurğulayıb ki, qanunvericilər qanun layihələri hazırlamaq əvəzinə, impiçment prosedurundan getdikcə daha çox siyasi şou yaratmaq üçün istifadə edirlər.
Vens xüsusilə qeyd edib ki, konqresmenlərin Heksetə qarşı iddiaları, ilk növbədə, onun ABŞ qüvvələrinin Avropadan və Ukraynadan çıxarılması (yenidən dislokasiyası), eləcə də general heyətinin yenidən təşkil edilməsi ilə bağlı qərarları ilə əlaqədardır.
Vitse-prezidentin fikrincə, Konqresdəki narazılığın əsl səbəbi Heksetin Pentaqonun köklü bürokratiyasına meydan oxumasıdır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

