Premyer Liqada sensasiya: “Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub etdi
Misli Premyer Liqasının XI turu çərçivəsində keçirilən matçda “Qarabağ” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb.
Realist.az xəbər verir ki, “Azərsun Arena”da tutuşan komandaların mübarizəsində Tovuz təmsilçisi 1:0 hesablı sürpriz qələbə qazanıb.
Qarşılaşmada yeganə qolu 80-ci dəqiqədə Roderik Miller rəqib qapısından keçirib.
Bu qələbə ilə xallarının sayını 21-ə çatdıran “Turan Tovuz” turnir cədvəlində ikinci pilləyə yüksəlib. Aktivində 19 xal olan “Qarabağ” isə dördüncü sıraya geriləyib.
Qeyd edək ki, “Zəfər turu”na noyabrın 8-də keçiriləcək matçlarla yekun vurulacaq.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
