EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Moskvada 2021-ci ildən Rusiya Aerokosmik Qüvvələrinin komandan müavini vəzifəsini tutan general-polkovnik Yuri Qrexov saxlanılıb.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Hərbi qulluqçunun həbs edilməsi barədə qərarı Moskvanın 235-ci qarnizon hərbi məhkəməsi çıxarıb.

General Yuri Qrexov kimdir?

Məlumata görə, Y.Qrexovun vəzifə səlahiyyətlərinə ordunun silah və hərbi texnika ilə təmin edilməsi daxil idi. O, 2022-ci ildən Avropa İttifaqının (Aİ) sanksiyaları altındadır.

Şoyqunun istefasından sonra həbslər dalğası davam edir

Qeyd olunur ki, onun saxlanılması 2024-cü ilin mayında Sergey Şoyqunun müdafiə naziri postundan istefasından sonra Rusiya müdafiə qurumunun yüksək rütbəli nümayəndələrinin növbəti həbsi olub.

Belə ki, bu ilin mart ayında da mənimsəmə, çirkli pulların yuyulması və rüşvət almaqda ittiham olunan keçmiş müdafiə nazirinin müavini Ruslan Tsalikov saxlanılmışdı.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın