Realist.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, ixrac “AGRARCO” MMC tərəfindən həyata keçirilib. Bu, AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində mümkün olub.
AQTA-nın dəstəyi ilə aparılan müvafiq tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixracı üçün rəsmi icazə əldə edib. Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə cavab verən ilk məhsul partiyası müvafiq sertifikatlarla təmin olunub.
Qeyd edək ki, Azərbaycan fındığının Çin bazarına çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları yaradır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


