Azərbaycan 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək.
Realist.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Moskvada təşkilatın İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, sədrlikdən əvvəl — 2027-ci ildə Azərbaycan MDB-nin həmsədri qismində çıxış edəcək.
S.Lebedev qeyd edib ki, daha əvvəl Bakı ilə İrəvan arasındakı fikir ayrılıqları bu məsələnin irəliləməsinə mane olurdu.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


