Yevlax şəhərində 74 yaşlı kişinin meyiti aşkarlanıb.
Realist az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini 1952-ci il təvəllüdlü Tapdıq Şabanovun meyiti yaşadığı mənzildə tapılıb.
Evdə tək yaşayan şəxsin meyiti qonşuları tərəfindən aşkar edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


