EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında Azərbaycan boksçuları uğurlu çıxışlarını davam etdirirlər. Yarışın üçüncü günündə rinqə çıxan dörd təmsilçimizin hamısı 1/4 finala vəsiqə qazanıb.

Realist.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Bilalhəbaşi Nəzərov rəqibi, moldovalı Katalin Turku çəki normasını keçdiyi üçün döyüş keçirmədən növbəti mərhələyə yüksəlib. İkiqat Avropa çempionumuz 1/4 finalda çexiyalı Filip Horvatla qarşılaşacaq.

55 kq çəkidə çıxış edən Zidan Hünbətov 1/8 finalda italiyalı Badreddin Buraouianı hakimlərin yekdil qərarı ilə 5:0 hesabı ilə məğlub edib. Boksçumuz növbəti görüşündə serbiyalı Nikola Maksimoviçlə qarşılaşacaq.

60 kq çəki dərəcəsində Məhəmmədəli Aşırəliyev də uğurlu nəticəyə imza atıb. O, israilli Abdullah Rahalı 5:0 hesabı ilə üstələyərək 1/4 finala yüksəlib. Təmsilçimizin növbəti rəqibi ispaniyalı Brandon Hinea Kollasos olacaq.

70 kq çəkidə mübarizə aparan Nicat Alırzayev isə litvalı Edqaras Trotenskisi 3:2 hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə uğrunda monteneqrolu Miloş Roqanoviçlə qüvvəsini sınayacaq.

Qeyd edək ki, boksçularımızdan ikisi noyabrın 20-də, digər ikisi isə noyabrın 21-də 1/4 final görüşlərinə çıxacaq.

39 ölkədən 276 idmançının qatıldığı Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq. Daha əvvəl Azərbaycan millisinin bir üzvü də bu mərhələyə vəsiqə qazandığından, ölkəmizi təmsil edən beş boksçu 1/4 finalda mübarizə aparacaq.

 

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın