Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin “Sülh körpüsü” görüşü keçiriləcək
Noyabrın 26–27-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi baş tutacaq.
Realist.az xəbər verir ki, görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Dəyirmi masada hansı mövzular müzakirə olunacaq?
İkitərəfli görüşün gündəliyinə regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş bir sıra strateji istiqamətlər daxildir:
- Sülh prosesinin möhkəmləndirilməsi: Azərbaycan–Ermənistan sülh prosesinin institusionallaşdırılmasına yönəlmiş yeni təşəbbüslər;
- Etimad quruculuğu: İki ölkə cəmiyyətləri arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirləri;
- İqtisadi əməkdaşlıq və kommunikasiyalar: Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və nəqliyyat-bağlantı marşrutlarının yaradılması imkanları;
- Humanitar və sosial sahələr: Humanitar məsələlərin həlli, gənclərlə iş və təhsil sahəsində mümkün birgə layihələr.
Görüş çərçivəsində həmçinin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də diqqət mərkəzində olacaq.

© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


