EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan və Gürcüstan enerji sahəsində mövcud tərəfdaşlığın inkişafı, elektrik enerjisi mübadiləsi və Avropaya enerji bağlantılarının genişləndirilməsi məsələlərini müzakirə edib.

Realist.az bildirir ki, bu məsələlər Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Görüş zamanı iki ölkə arasında formalaşmış dostluq münasibətlərinin və yüksək səviyyəli siyasi dialoqun strateji tərəfdaşlığın möhkəmlənməsindəki rolu diqqətə çatdırılıb. Enerji sektorunun Azərbaycan-Gürcüstan əlaqələrinin əsas sütunlarından biri olduğu vurğulanaraq neft, təbii qaz, elektrik enerjisi və tranzit sahələrində əldə olunan nəticələr nəzərdən keçirilib.

Tərəflər birgə enerji layihələrinin yalnız ikitərəfli iqtisadi əlaqələr baxımından deyil, bütövlükdə regionun enerji təhlükəsizliyi və beynəlxalq enerji marşrutlarının inkişafı üçün də əhəmiyyət daşıdığını qeyd ediblər. Bu kontekstdə SOCAR-ın Gürcüstandakı fəaliyyətinin ölkələr arasında iqtisadi əməkdaşlığa verdiyi töhfə də xüsusi vurğulanıb.

Müzakirələrdə elektrik enerjisi sistemlərinin paralel fəaliyyətinin təmin edilməsi və qarşılıqlı enerji mübadiləsinin inkişafı məsələləri də gündəmə gəlib. Bununla yanaşı, yaşıl enerji dəhlizlərinin yaradılması və Avropa ilə enerji əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.

Görüşdə son dövrdə imzalanan sazişlərin enerji tərəfdaşlığının daha da dərinləşməsinə zəmin yaradacağına inam ifadə olunub. Tərəflər regional enerji bağlantılarının gücləndirilməsinin və birgə layihələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın