Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayında “Rəqəmsal Media Ayı” təşkil olunacaq.
Realist.az-a Şuradan verilən məlumata görə, layihənin əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, cəmiyyətdə media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.
Təşəbbüs çərçivəsində ay ərzində müxtəlif hədəf qruplarını əhatə edən maarifləndirmə proqramlarının, praktiki təlimlərin, şəbəkələşmə görüşlərinin və genişmiqyaslı media kampaniyalarının təşkili nəzərdə tutulur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
