Bakının əsas arteriyalarında tıxac həyəcanı: NİİM sıxlıq olan 13 ana yolu açıqladı
Paytaxt Bakının əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin kəskin sıxlığı və tıxac müşahidə olunur.
“Realist.az”ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda yollarda mövcud olan hərəkət intensivliyi ilə bağlı operativ məlumat yayıb.
Mərkəz və metro stansiyaları istiqamətində kəskin sıxlıq var
NİİM-in təqdim etdiyi son məlumatlara əsasən, aşağıdakı istiqamətlərdə nəqliyyatın hərəkətində ciddi ləngimələr qeydə alınır:
-
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Heydər Əliyev prospekti (köməkçi yol) – mərkəz istiqamətində;
-
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
-
Sabunçu-Zabrat şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
-
Aeroport şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
-
Qara Qarayev prospekti – “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
-
Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;
-
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
-
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər.
Sürücülərə hərəkət marşrutunu seçərkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
