Bakıda “Ceyhun Sabunçu”nun qətlində DTX əməliyyatı: İki nəfər həbs edildi, şəbəkə ifşa olundu
Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin (“Ceyhun Sabunçu” ləqəbli) bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində daha iki nəfər məsuliyyətə cəlb olunub.
“Realist.az”ın məlumatına görə, hadisədən sonra qaçıb gizlənən və DTX-nin peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan şəxslərin kimliyi dəqiqləşdirilib:
-
Rəhimov Emin Qoşqar oğlu (2002-ci il təvəllüdlü)
-
Cəfərov Elmar Şücaət oğlu (1993-cü il təvəllüdlü)
Məhkəmə həbs qərarı çıxardı
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq organının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Elmar Cəfərov və Emin Rəhimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həbs müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixindən hesablanacaq.
Hədə-qorxu yolu ilə pul tələb edən cinayətkar birlik ifşa olunub
İstintaq materiallarına əsasən, hadisə yerində olan və cinayətkar aləmin qaydalarına uyğun yaşam tərzi sürən şəxslərin mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olduqları üzə çıxıb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, sözügedən dəstə üzvləri kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb ediblər. Onların cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq amacı ilə odlu və soyuq silahlardan istifadə edərək cinayətkar birlik yaratdıqları təsdiqlənib.
Həbs edilənlərin ümumi sayı 13-ə çatdı (Siyahı)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə istintaq-əməliyyat qrupunun keçirdiyi tədbirlər nəticəsində hadisənin planlı təşkilində iştirak edən şəbəkənin digər 11 üzvü də daha əvvəl məsuliyyətə cəlb olunub:
-
Ramil Dadaşov (Əvvəllər məhkum olunub)
-
Eldar Eldarov (Əvvəllər məhkum olunub)
-
Əhməd Əlizadə (Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu)
-
İsmayıl Kazımov (Əvvəllər məhkum olunub)
-
Həsən Zülfüqarov (Əvvəllər məhkum olunub)
-
Fərid Əyyublu (Əvvəllər məhkum olunub)
-
Xəyyam Səfixanov (Əvvəllər məhkum olunub)
-
Mikayıl İsmayılov
-
Kamran Əfəndiyev
-
Elvin Səfərov
-
Elmar Nuriyev
Son iki saxlanılan şəxslə (Emin Rəhimov və Elmar Cəfərov) birlikdə iş üzrə həbs olunanların ümumi sayı 13 nəfərə çatıb. Hazırda cinayət işi üzrə genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
