Aİ İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyaların müddətini daha bir il uzadıb
Avropa İttifaqı Şurası İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyaların təsir müddətini 2027-ci il oktyabrın 31-dək uzadıb. Bildirilir ki, hazırda bu sanksiya siyahısına 15 fiziki şəxs və 8 qrup daxildir. “Siyahıdakı bütün şəxslərə münasibətdə aktivlərin dondurulması rejimi qüvvədədir, fiziki şəxslər üçün isə Aİ-yə giriş qadağası da müəyyən edilib. Bundan əlavə, Aİ şəxslərinə və təşkilatlarına onlara pul vəsaitləri, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağan edilib”, – deyə məlumatda bildirilir.
Həmçinin dəqiqləşdirilir ki, bu məhdudlaşdırıcı tədbirlər BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə”yə qarşı tətbiq etdiyi sanksiyaları tamamlayır. “Aİ bundan sonra da terror aktlarını planlaşdırmaqla, maliyyələşdirməklə və törətməklə, eləcə də öz ölümcül terror təbliğatını bütün dünyaya yaymaqla beynəlxalq sülh və təhlükəsizliyə hədə törətməyə davam edənlərə qarşı qətiyyətli tədbirlər görmək niyyətindədir”, – deyə Brüsseldən bəyan edilib.
“Realist.az” xəbər verir ki, qərar rəsmi şəkildə dərc olunduğu andan qüvvəyə minir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
