Bloomberg: ABŞ və İsrailin zərbələrinə baxmayaraq, İran ayda 50 ballistik raket istehsal edir
İran ABŞ və İsrailin hərbi zərbələrinə baxmayaraq, ayda təxminən 50 ballistik raket istehsal etmək gücünü qoruyub saxlayır. Bu göstərici böhrandan əvvəlki istehsal həcminin təxminən yarısını təşkil edir.
Realist.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu məlumatlar Qərb xüsusi xidmət orqanlarının qiymətləndirmələrində yer alıb.
Hərbi kəşfiyyatın hesabatları ilə tanış olan mənbənin bildirdiyinə görə, bu gün İranın arsenalında ən azı 1.700 ballistik raket qalmaqdadır.
Pentaqonun bəyanatları ilə ziddiyyət təşkil edir
Agentlik qeyd edir ki, kəşfiyyatın bu məlumatları Vaşinqtonun rəsmi mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, ABŞ rəsmiləri İslam Respublikasının raket proqramına kritik zərər vurulduğunu iddia edirdilər. Xüsusilə, Pentaqon rəhbəri Hekset ABŞ və İsrailin birgə zərbələri nəticəsində İranın nüvə və müdafiə-sənaye bazasının 80%-dən çoxunun məhv edildiyini bəyan etmişdi.
Arsenalda minlərlə “Shahed” PUA-sı var
Bununla yanaşı, “Bloomberg”in mənbələri vurğulayır ki, İranın əlində hələ də minlərlə “Shahed” kamikadze dronu ola bilər.
Bununla belə, Tehranın hazırda malik olduğu raket və pilotsuz uçuş aparatlarının (PUA) dəqiq ehtiyat həcmi müəyyən səbəblərdən hələ ki tam məlum deyil.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

