Reklam

İranda TARİXİ İSLAHAT: Kəşfiyyat Nazirliyinə ilk dəfə dünyəvi şəxs rəhbərlik edə bilər

İran Parlamenti (Məclis) İslamazadlıq respublikasının tarixində ilk dəfə olaraq din xadimi olmayan (dünyəvi) bir şəxsin Kəşfiyyat Nazirliyinə rəhbər təyin edilməsinə imkan verən qanun layihəsini təcili qaydada nəzərdən keçirməyə hazırlaşır.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Məclisin rəyasət heyətinin nümayəndəsi Qudarzi məlumat verib.

Qeyd olunur ki, təklif edilən düzəlişlər bu vacib güc strukturlarının rəhbərləri üçün ənənəvi olaraq tələb edilən ictihad – islam hüququ sahəsində ən yüksək dini dərəcə öhdəliyinin ləğvini nəzərdə tutur. Qudarzinin sözlərinə görə, bu addım nazirliyin təxminən 8 aydır daimi rəhbərsiz qalması səbəbindən yaranan kadr boşluğunu aradan qaldırmaq məqsədi daşıyır.

Nazirlikdə iki yeni nəhəng qurum yaradılır

Keçirilən islahat çərçivəsində nazirlik daxilində daxili təhlükəsizlik və ideoloji məsələlərə cavabdeh olacaq iki yeni ixtisaslaşdırılmış strukturun yaradılması nəzərdə tutulur.

Yaradılacaq yeni orqanların rəhbərlərini birbaşa İranın Ali Dini Lideri təyin edəcək. Nazirin öz namizədliyini isə əvvəlki kimi Prezident irəli sürəcək və parlament təsdiqləyəcək. Bu yeni ixtisaslaşdırılmış idarələrin yaradılması gələcək nazir üçün dini tələblərin ləğv edilməsini faktiki olaraq kompensasiya edəcək.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın