Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər həyata keçirib.
Realist.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı öz “Telegram” kanalında məlumat paylaşıb.
Paşinyan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.
İkitərəfli təmaslar planlaşdırılır
Səfər çərçivəsində Ermənistanın Baş nazirinin xarici tərəfdaşlar və sammitdə iştirak edən digər ölkə rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Nikol Paşinyan Türkiyəyə Fransaya etdiyi işgüzar səfərini başa vurduqdan dərhal sonra yola düşüb.
Nikol Paşinyan Türkiyə səfəri, COP31 Antalya, Ermənistan Baş naziri, Realist.az xəbər, BMT İqlim Sammiti, Paşinyan ikitərəfli görüşlər, Türkiyə Ermənistan təmasları
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

