Britaniya müdafiə nazirindən kritik xəbərdarlıq: “1000 gün ərzində müharibəyə hazır olmalıyıq”
Böyük Britaniyanın müdafiə naziri Striting Rusiyanın NATO-ya qarşı hibrid təhdidləri artırdığını bildirərək, ölkəsinin 2030-cu ilə qədər tam miqyaslı hərbi münaqişəyə hazırlaşmalı olduğunu bəyan edib.
“Realist.az”ın məlumatına görə, nazir Londonun potensial rəqiblərinin hərbi potensialını sürətlə artırdığını və onların hərbi iqtisadiyyatının onilliyin sonunadək hücum əməliyyatlarına keçməyə imkan verdiyini vurğulayıb.
“Müttəfiqlərlə qalib gəlmək üçün 1000 günümüz var”
Striting Böyük Britaniyanın qarşısında duran hərbi hədəfləri konkret zaman çərçivəsi ilə izah edib:
“Bizim missiyamızı tamamlamaq – yəni müttəfiqlərimizlə çiyin-çiyinə döyüşməyə və qələbə qazanmağa hazır olmaq üçün cəmi 1000 gündən bir qədər çox vaxtımız var.”
Sənaye bazası və yeni texnologiyalar bərpa olunur
Müdafiə naziri ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi üçün NATO və ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Bununla yanaşı, nazir Britaniyanın milli müdafiə sənayesi bazasının təcili olaraq bərpa edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə həm yeni hərbi texnologiyaların işlənməsi, həm də silah-sursat istehsalı həcmlərinin artırılması istiqamətində kəskin addımlar atmalıdır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
