Cəlilabadda həyəcanlı dəqiqələr: Zəvvar ovçuluq təsərrüfatında güclü yanğın başladı
Cəlilabad rayonu ərazisində yerləşən ovçuluq təsərrüfatında qəfil güclü yanğın baş verib.
“Realist.az”ın Muğan bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.
Alov magistral yolun kənarına qədər yayılıb
Artıq bir neçə saatdır ki, davam edən yanğın nəzarət altına alına bilməyib. Yanğın təsərrüfatın mərkəzi hissəsini və ana magistral yolun kənarında yerləşən geniş ərazini əhatə edir.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub
Alovun daha geniş əraziyə yayılmasının qarşısını almaq üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və xüsusi texnikası əraziyə cəlb olunub. Hazırda yanğının lokalizasiya edilməsi və söndürülməsi istiqamətində gərgin işlər davam etdirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, yanğının başvermə səbəbləri dəqiqləşdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
