EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Niderlandda Amsterdamın Schiphol hava limanında sərnişinin çamadanından nəsli kəsilmək təhlükəsi altında olan 26 nadir tısbağa aşkarlanıb.

Reuters xəbər verir ki, heyvanlar Meksikadan Honkonqa gedən sərnişinin baqajında gizlədilib.

Məlumata görə, tısbağaların əksəriyyəti hərəkət edə bilməmələri üçün yapışqan lentlə sarılıb və oyuncaq avtomobillə birlikdə qutuya yerləşdirilib. Bir neçəsi isə bağlı corabın içərisində gizlədilib.

Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi üzrə İdarəsi bildirib ki, bütün tısbağalar sağ qalıb və xüsusi heyvan xilasetmə mərkəzinə yerləşdirilib.

Saxlanılan heyvanlar Vallarta palçıq tısbağalarıdır. Meksikada onların təbii şəraitdə cəmi 300-ə yaxın nümunəsinin qaldığı bildirilir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, bu növün bir fərdi qara bazarda 30 min dollara qədər satıla bilər.

Tısbağaları daşıyan şəxs saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın