Çin ABŞ ilə münaqişə başladıqdan sonra İrana heç bir hərbi dəstək göstərməyib. Bu barədə Çinin Vaşinqtondakı səfirliyində keçirilən mətbuat brifinqində bildirilib.
Səfirlik bu açıqlamanı Amerika mediasında Pekinin İrana hərbi sahədə, o cümlədən ABŞ-nin müxtəlif obyektlərinin peyk təsvirlərinin verilşməsində köməklik göstərməsi ilə bağlı yayılan xəbərlər fonunda verib.
Çin diplomatik missiyasından iddiaların həqiqətə uyğun olmadığını və “heç bir faktiki əsasa söykənmədiyini” vurğulayıblar. Səfirlik rəsmiləri həmçinin Çinin “həmişə sülh naminə çalışdığını” qeyd ediblər. Pekin bütün tərəfləri Fars körfəzi zonasında sülhün tezliklə bərpa olunması kursuna sadiq qalmağa çağırıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
