Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri və Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi müttəfiqi Dövlət Bəhçəli Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə biləcək addımlara yol verilməməsinə çağırıb.
MHP lideri Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ilə bağlı müraciətində bildirib: “Aramızda fitnə toxumlarının səpilməsinə, xüsusilə Azərbaycanla olan qardaşlıq əlaqələrimizə zərər vurulmasına heç bir halda icazə verə bilmərik”.
Əliyyev və Ərdoğan görüşü qardaşlığın sarsılmazlığını nümayiş etdirəcək
Dövlət Bəhçəli Ankara və Bakı arasındakı münasibətlərin dərin tarixi, mədəni və qardaşlıq tellərinə söykəndiyini xüsusi vurğulayıb.
Təcrübəli siyasətçinin sözlərinə görə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın TDT sammiti çərçivəsində gözlənilən görüşü Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirəcək.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
