Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Realist az xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin kənar yolunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, qəza səbəbindən prospektin həm əsas, həm də kənar yolunda hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


