Cəlilabad rayonunun Cəfərli kəndində fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Realist.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın kənd sakini Mirsayid Məmmədova məxsus birmərtəbəli yaşayış evində baş verib. Nəticədə ev tamamilə yanaraq yararsız hala düşüb.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


