EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Bakı-Ələt istiqamətində sürət qatarlarının istifadəyə verilməsi paytaxtətrafı yaşayış məntəqələrinin inkişafına, nəqliyyat əlçatanlığının artırılmasına və yol hərəkətində sıxlığın azaldılmasına töhfə verə bilər.

Milli Məclisin deputatı Vüqar Bayramov Realist.az-a açıqlamasında bildirib ki, bu təşəbbüs, xüsusilə Qaradağ istiqamətində yaşayan və paytaxtda çalışan vətəndaşların gündəlik gediş-gəlişini asanlaşdırmaq baxımından əhəmiyyətlidir.

Deputatın sözlərinə görə, sürət qatarlarının istifadəyə verilməsi sərnişinlərin Bakı şəhərinə daha qısa müddətdə çatmasına imkan yaradacaq. Bu isə avtomobil yollarında nəqliyyat sıxlığının azalmasına və ictimai nəqliyyatdan istifadənin genişlənməsinə şərait yarada bilər.

Vüqar Bayramov qeyd edib ki, belə layihələr yalnız nəqliyyat infrastrukturunun inkişafı deyil, eyni zamanda regionların və paytaxtətrafı ərazilərin sosial-iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Deputat Bakı-Ələt sürət qatarının istifadəyə verilməsi təklifini müsbət qiymətləndirdiyini və dəstəklədiyini vurğulayıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın