Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paytaxt Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovu qəbul edib.

​Realist.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasındakı mövcud münasibətlərin hazırkı vəziyyəti müzakirə olunub, mütəffəqlik əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

​İkitərəfli görüşdə həmçinin TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın