Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən görüşdə Yaxın Şərqdəki son prosesləri qiymətləndirib. Dövlət başçısı bildirib ki, Suriyadan müsbət xəbərlərin gəlməsinə baxmayaraq, İsrail regionda xaos yaratmaq cəhdlərini davam etdirir.
Ankarada yerli özünüidarəetmə organlarının rəhbərləri ilə görüşdə çıxış edən Türkiyə lideri İsrailin bölgədəki fəaliyyətini kəskin tənqid edib:
“Suriyadan yaxşı xəbərlər daxil olur, lakin İsrail orada da xaos toxumu səpmək üçün əlindən gələni edir.”
Yaxın Şərqdə artan gərginlik və Türkiyənin mövqeyi
Ərdoğan çıxışında Yaxın Şərqdə gərginliyin daha da kəskinləşdiyinə diqqət çəkib. O, xüsusilə İran ətrafında yaranan gərginliyi və regionda baş verən yeni toqquşmaları xatırladıb.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara bütün bu proseslər fonunda ölkənin regional münaqişələrə cəlb olunmasının qarşısını almaq üçün qətiyyətli addımlar atır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
