Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
Realist.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib.
Keçirilən tədbirlər nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


