Fransada yaşayan yəhudilərin 60 %-dən çoxu İsrail və ya ABŞ-yə köçmək imkanını nəzərdən keçirir
Fransada yaşayan yəhudilərin təxminən 64 %-i ölkədə antisemitizmin artması və öz təhlükəsizlikləri ilə bağlı narahatlıqlar fonunda ən azı bir dəfə Fransanı tərk etmək barədə düşünüblər.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Yəhudi Komitəsinin (AJC) IFOP sosioloji institutu və “Fondapol” fondu ilə birgə apardığı araşdırmanın nəticələrində qeyd olunub.
Mühacirət etmək istəyənlərin sayı 12 % artıb
Noyabrın 16-da dərc olunan sorğunun məlumatlarına əsasən, 2024-cü ildə respondentlərin 52 %-i mümkün gediş barədə fikir bildirmişdisə, hazırda bu göstərici xeyli yüksəlib.
Mühacirət imkanını nəzərdən keçirənlərin ölkələr üzrə seçimi aşağıdakı kimi bölünüb:
-
65 %-i mümkün istiqamət kimi İsraili;
-
41 %-i ABŞ-ni;
-
22 %-i isə Kanadanı qeyd edib.
Yəhudilərin 82 %-i antisemitizm halları ilə üzləşib
Bundan əlavə, sorğuda iştirak edənlərin 66 %-i Fransanı yəhudilər üçün təhlükəsiz olmayan ölkə hesab edir, 82 %-i isə ən azı bir dəfə antisemitizm təzahürləri ilə qarşılaşdığını bildirib.
Araşdırma həmçinin göstərib ki, respondentlərin 48 %-i mənfi reaksiyadan ehtiyat edərək ictimai yerlərdə fərqləndirici yəhudi simvollarını taxmağı dayandırıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


