Gəncədə əsən güclü külək fəsadlara səbəb olub.
Realitst.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, güclü küləyin təsirindən çinar ağacının iri budağı qırılaraq ətrafdakı tikililərin və avtomobillərin üzərinə düşüb.
Hadisə nəticəsində bir fərdi yaşayış evinə, mağazanın dam örtüyünə və iki avtomobilə ziyan dəyib. Mağazanın tavanında və nəqliyyat vasitələrində maddi zərər qeydə alınıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları ərazidədir. Qırılmış budağın ərazidən götürülməsi istiqamətində işlər görülür.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


