EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Paytaxtda ilk dəfə avtobusların hərəkətini tənzimləmək məqsədilə onlar üçün xüsusi svetofor quraşdırılacaq.

Bu barədə Realist.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, ilkin mərhələdə svetoforun Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində quraşdırılması nəzərdə tutulur.

Layihəyə əsasən, mövcud “L” tipli dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor yerləşdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçirilən layihənin əsas məqsədi avtobusların xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Ö.Xıdırov qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra belə svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.

 

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın