EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Performans sənətinin tanınmış nümayəndələrindən Marina Abramoviçin 80 illiyinə həsr olunan genişmiqyaslı sərgi Romada açılıb.

Realist.az İtaliya Milli Müasir və Müasir İncəsənət Qalereyasının rəsmi saytına istinadən xəbər verir ki, “Tarixi əsərlər və dəyişdirici enerji” adlı sərgi noyabrın 18-dən 2027-ci il aprelin 4-dək nümayiş olunacaq.

Ekspozisiyada sənətçinin yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlər, tarixi performans nümunələri və “Keçici obyektlər” silsiləsinə daxil olan instalyasiyalar təqdim edilir.

Kristallar və minerallarla əlaqəli bu instalyasiyaların bəziləri ziyarətçilərlə fiziki qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. Beləliklə, tamaşaçılar yalnız əsərləri izləməklə kifayətlənmir, həm də sərgi təcrübəsinin bir hissəsinə çevrilirlər.

Qeyd edək ki, Marina Abramoviç performans sənətinin ən tanınmış nümayəndələrindən biridir. Onun yaradıcılığında insan bədəni, dözümlülük, zaman və tamaşaçı ilə sənət əsəri arasındakı münasibət əsas yer tutur.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın