EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Avstraliyanın Milad adasında milyonlarla qırmızı xərçəngin meşələrdən Hind okeanının sahillərinə doğru illik köçü başlayıb. Realist.az xəbər verir ki, hər il yağışlı mövsümün başlanması ilə, əsasən oktyabr-noyabr aylarında baş verən bu təbiət hadisəsi milyonlarla xərçəngin çoxalma məqsədilə sahilə doğru hərəkəti ilə müşayiət olunur. Məlumata görə, köçün vaxtı yağıntılarla yanaşı, Ayın fazaları və okeanda qabarma-çəkilmə dövrləri ilə də əlaqəlidir. Dişi xərçənglər adətən Ayın son rübündə, səhər saatlarında yumurtalarını okeana buraxırlar. Köç zamanı meşələr, yollar və çimərliklər qırmızı rəngə bürünür. Erkək xərçənglər sahilə daha tez çataraq yuvalar qazır, cütləşmədən sonra isə meşəyə qayıdırlar. Dişilər bir müddət yuvalarda qaldıqdan sonra yumurtalarını okeana buraxırlar. Yumurtalardan çıxan sürfələr suda inkişaf edir və sonradan kiçik xərçənglər şəklində yenidən quruya qayıdırlar. Qeyd olunur ki, bu təbiət hadisəsi nadir müşahidə olunur və bu zaman xərçənglərin təhlükəsizliyini təmin etmək üçün Milad adasında bəzi yollar müvəqqəti bağlanır, xüsusi baryerlər və yeraltı keçidlərdən istifadə olunur. Milli park əməkdaşları və yerli sakinlər də xərçənglərin təhlükəsiz hərəkətinə kömək edirlər.
EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın