EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

 

 

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şagirdləri Tbilisi şəhərində keçirilən AMAkids WORLD CUP 2026 beynəlxalq intellektual olimpiadasında uğurla çıxış edərək ümumilikdə 21 kuboka sahib olublar.

Realist.az xəbər verir ki, olimpiadada dünyanın 11 ölkəsindən 300-ə yaxın iştirakçı mübarizə aparıb.

GAİM-in təmsilçiləri ingilis dili, riyaziyyat və mental arifmetika üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, mərkəzin şagirdləri müxtəlif kateqoriyalar üzrə I, II və III yerləri tutublar.

Qazanılan kubokların məktəblər üzrə bölgüsü belədir: Candar İctimai Məktəbi – 5, Maarif Məktəbi – 12, 6 nömrəli məktəb – 2, Şulaver Məktəbi – 1, Alget Məktəbi – 1 kubok.

Olimpiadada Gürcüstan, Azərbaycan, Yunanıstan, Ermənistan, Özbəkistan, Nepal, Monako, ABŞ, Fransa, Belçika və Malta təmsil olunub.

Noyabrın 17-də GAİM-də olimpiadada iştirak edən şagirdlərə kubok və sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların təhsil aldıqları məktəblərin direktorları da iştirak ediblər.

Mərkəzdən bildirilib ki, beynəlxalq olimpiadada iştirak şagirdlərin analitik düşünmə, məntiqi təhlil, sürətli qərarvermə və özünəinam bacarıqlarının inkişafına mühüm töhfə verir.

GAİM rəhbərliyi əldə olunan nailiyyətlər münasibətilə şagirdləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Həmçinin olimpiadanın təşkilində əməyi olan şəxslərə, o cümlədən mental arifmetika müəlliməsi Sayalı İsmayılovaya təşəkkürünü bildirib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın