Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri açılıb.
Realist.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq rəsmi məlumat yayıb.
Hərbi Prokurorluğun bildirdiyinə görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirməklə psixi və nevrotik pozuntuları simulyasiya etmək, hətta tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.
Cinayət işləri açılan rayonlar və 321.1-ci maddənin tələbləri
Hərbi Prokurorluq tərəfindən cari ilin iyul və oktyabr çağırışları dövründə aşkar olunmuş 5 fakt üzrə aşağıdakı qurumlarda hərbi qeydiyyatda olan çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işləri başlanılaraq istintaq aparılır:
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər idarəsi;
-
İmişli rayon şöbəsi;
-
Qobustan rayon bölməsi;
-
Şuşa rayon bölməsi.
Hərbi Prokurorluq vətəndaşların nəzərinə çatdırır: Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür və həmin əməllər birbaşa cinayət məsuliyyəti yaradır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
