İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan gəminin dəniz minasına düşərək batdığını bildirib.
SEPAH-ın verdiyi məlumata görə, gəmi “icazəsiz və təhlükəli marşrutla” hərəkət etməyə cəhd göstərərkən minaya çırpılıb. Partlayış nəticəsində göyərtədə güclü yanğın baş verib və konteyner gəmisi boğazın cənub hissəsində sulara qərq olub.
Suya səpələnən konteynerlərlə bağlı xəbərdarlıq
Hadisədən dərhal sonra SEPAH bölgədəki balıqçılara və dəniz vasitələrinə xəbərdarlıq edib. Açıqlamada yerli dənizçilərdən suya səpələnmiş və uzən konteynerlərlə toqquşmamaq üçün xüsusilə diqqətli və ehtiyatlı olmaları tələb olunur.
Reaksiyalar:
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
