Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı və İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq direktoru İftixar Piriyevin “Qeyri-səlis məntiq və teatr” kitabının təqdimat mərasimi Azərbaycan Atatürk Mərkəzində keçirilib. Tədbirdə tanınmış ziyalılar, teatr və kino xadimləri iştirak ediblər.

Qeyd edək ki, İftixar Piriyev “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş” adlı şerlər kitablarının, H. Əliyevə həsr olunmuş “Böyük Turanın Himni” himn-poemasının, həmçinin “Ucal”, “Könüllərə dolan nur” şeirlərinin və “Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya Kor Aşığın işığı” pyeslərinin müəllifidir.

“Dan yeri söküləndə” pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi çərçivəsində səhnələşdirilib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın