İstanbulda dəhşətli sel fəlakəti: Ölənlər və itkin düşənlər var – 84 ilin rekordu

Türkiyənin İstanbul şəhərində aramsız yağan leysan yağışlarının törətdiyi təbii fəlakət nəticəsində həyatını itirənlərin sayısı 5 nəfərə çatıb.

“Realist”in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, güclü sel suları nəticəsində daha 4 nəfərin itkin düşdüyü bildirilir.

Daxili işlər nazirindən açıqlama: İtkin düşənlərdən biri tapıldı

Fəlakət bölgəsində xilasetmə işləri fasiləsiz davam edir. Türkiyənin Daxili İşlər naziri Mustafa Çiftçi bildirib ki, itkin düşmüş şəxslərdən biri artıq sağ-salamat aşkar edilərək xilas olunub.

Mütəxəssislərin sözlərinə görə, bu, İstanbula son 84 ildə yağan en güclü leysan yağışıdır. Bölgədə yağmurlu hava şəraitinin bir neçə gün də davam edəcəyi gözlənilir.

6 vilayətdə dərslər iki günlük dayandırıldı

Aramsız yağışlar yalnız İstanbulda deyil, ölkənin bir sıra digər şəhərlərində də ciddi fəsadlara və infrastruktura ziyan vurub.

Yaranmış təhlükəli vəziyyətlə əlaqədar olaraq İstanbul daxil olmaqla Zonquldak, Yalova, Kocaeli, Düzcə və Sakarya vilayətlərindəki təhsil müəssisələrində dərslər 2 gün müddətinə təxirə salınıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın