EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İsveç Xarici İşlər Nazirliyi noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə əlaqədar etiraz bildirmək məqsədilə Rusiyanın Stokholmdakı səfirini nazirliyə çağırıb.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əlavə, İsveç tərəfi Kopenhagenin məsuliyyətini Rusiyanın üzərinə qoyduğu Danimarka ərazisində Ukrayna və ABŞ vətəndaşının öldürülməsi planlarını da kəskin şəkildə pisləyib.

Stokholm Polşa və Danimarkaya tam dəstəyini bəyan edib

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Polşa və Danimarkaya tam dəstək ifadə edərək vurğulayıb ki, Moskvanın Avropanı parçalamaq və Ukraynaya dəstəyi zəiflətmək cəhdləri uğursuzluğa düçar olacaq.

Nazirin sözlərinə görə, rəsmi Kiyevə dəstək Stokholmun əsas xarici siyasət prioriteti olaraq qalır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın