İtaliyanın böyük şəhərlərində etiraz aksiyaları keçirilib
İtaliyanın bir sıras şəhərlərində kütləvi etiraz aksiyaları baş verib. Nümayişlər zamanı etirazçılarla polis arasında ciddi toqquşmalar qeydə alınıb.
“Realist.az” xəbər verir ki, toqquşmalar Turin, Boloniya və Florensiyada yaşanıb. Paytaxt Romada isə İtaliyanın müharibələrə cəlb olunmasına qarşı yürüş təşkil edilib.
Aksiya iştirakçıları hərbi xərclərin artmasına və ölkənin silahlanmasına etiraz ediblər. Həmçinin NATO-nun fəaliyyəti və İsrailin addımları tənqid olunub.
Kolizeyə müdaxilə və kütləvi həbslər
Maska geyinmiş kiçik bir gənc qrupu Kolizey binasına daxil olmağa çalışıb. Lakin onlar hüquq-mühafizə orqanları tərəfindən dərhal ərazidən uzaqlaşdırılıb.
Şəhərdə missilsiz təhlükəsizlik tədbirləri görülüb. Üzərində təhlükəli əşyalar aşkar edilən 43 nəfər saxlanılıb.
Turində etirazçılar polisləri şüşə butulkalarla atəşə tutublar. Polis cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.
Milan şəhərində keçirilən nümayişə təxminən 10 min nəfər qatılıb. Florensiyada isə polis etirazçıların çəpərləri yarmasına mane olub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
