Kür və Qudyalçayda batdığı ehtimal olunan iki nəfərin axtarışları davam etdirilir.
Realist.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində 1963-cü il təvəllüdlü Yaqub Məmmədovun, Qudyalçayın Quba rayonundan keçən hissəsində isə 1997-ci il təvəllüdlü Xəyal Muradovun batması ehtimal olunur.
Hər iki şəxsin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən ehtimal olunan istiqamətlərdə aparılır.
Axtarışlarla bağlı əlavə məlumat veriləcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


