Kuşner: İsrail döyüşkən əhval-ruhiyyədən qurtulmalı və iqtisadi diplomatiya üzərində işləməlidir
Realist.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner “MDB Meets” layihəsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail hökuməti müharibə dövrünə xas olan yanaşmanı dəyişməli və diqqətini iqtisadi əməkdaşlığa yönəltməlidir:
”Hesab edirəm ki, İsrail həqiqətən də müharibə dövrünə xas olan sabit düşüncə tərzindən qurtulmağa fokuslanmalıdır. Fikrimcə, o, iqtisadi diplomatiyaya diqqət yetirməlidir. Məsələn, səudiyyəlilərə və ya əmirliklərə (BƏƏ) baxın. Onlar Vaşinqtona gəlir, özləri ilə 100 iş adamı gətirir və müqavilələr bağlayırlar. Düşünürəm ki, İsrailin güclü iqtisadiyyatı və möhtəşəm texnologiyaları var. Biz İsraillə tərəfdaşlığın faydasının nədən ibarət olduğunu anlamağa başlamalıyıq”, – deyə Kuşner vurğulayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


