Fransanın ikinci ən böyük şəhəri olan Marselin yerləşdiyi Buş-dü-Ron (Bouches-du-Rhône) departamentində həftəsonu üçün həddi-büluğa çatmayan şəxslərə küçəyə çıxma qadağası (komendant saatı) qoyulub.
Bu barədə xəbəri “Le Figaro” nəşri departament prefektinin müvafiq fərmanına istinadən yayıb.
Qərar 31 oktyabr tarixinə planlaşdırılan etiraz aksiyaları və nümayişlərlə əlaqədar qəbul olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində tətbiq edilən qadağaların təfərrüatları aşağıdakı kimidir:
- Müddət: Bu gündən saat 23:00-dan, 2 noyabr saat 05:00-a kimi qüvvədə olacaq.
- Əhatə dairəsi: Marselin mərkəzi hissəsi və bir sıra iri ticarət mərkəzlərinin ətraf əraziləri.
- Kütləvi tədbirlər: Prefekturadan bildirilib ki, həftəsonu ərzində yalnız əvvəlcədən rəsmi müraciət olunmuş və icazə alınmış toplaşmalara icazə veriləcək.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
