Microsoft kütləvi ixtisarlar və təzminat proqramı başladır

“Microsoft” şirkəti 60 minə yaxın əməkdaşını əhatə edə biləcək xüsusi proqrama başlayıb. Şirkət işçilərə təzminat ödəməklə könüllü işdən çıxma təklif edir.

“Realist.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu addım xərcləri azaltmaq məqsədi daşıyır. Əldə olunan vəsait süni intellekt sahəsinə yönəldiləcək.

Proqram şirkət personalının dörddə birindən çoxunu əhatə edir. İxtisarlar “Copilot”, “Xbox”, “Windows”, maliyyə və kadrlar şöbələrinə təsir göstərəcək. Lakin marketinq, kommersiya və təhlükəsizlik xidmətləri ixtisara düşmür.

Süni intellektə milyardlarla dollar investisiya olunur

“Microsoft” süni intellekt infrastrukturuna böyük sərmayələr qoyur. Bura məlumat mərkəzləri və mikroprosessorlar daxildir.

Şirkət 2026-cı ildə əsas xərclərinin 175 milyard dollara çatacağını proqnozlaşdırır. İrihəcmli sərmayələr investorlar arasında suallar doğurur. Onlar bu xərclərin nə vaxt mənfəət gətirəcəyi ilə maraqlanırlar.

Qeyd edək ki, iyunun 30-na olan məlumata görə, “Microsoft”da 223 min daimi əməkdaş çalışırdı.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın